"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda meydan sahibləri 0:1 hesabı ilə uduzub.

Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi bakılıların qapısından keçirib.

Qeyd edək ki, İrlandiyada reallaşan ilk oyunda da məğlub olan (0:1) "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb.

***

21:08

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya) görüşündə hesab açılıb.

Metbuat.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da qonaqlar hesabda önə çıxıb - 1:0.

48-ci dəqiqədə Zakari Elbuzedi fərqlənib.

Qeyd edək ki, Bakı klubunun futbolçusu Sofyan Şakla 27-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

***

21:04

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya) görüşündə ikinci hissə başlayıb.

Metbuat.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da ilk hissədən sonra hesab açılmayıb.

Qeyd edək ki, Bakı klubunun futbolçusu Sofyan Şakla 27-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

***

20:46

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya) görüşündə ilk hissə başa çatıb.

Metbuat.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da ilk hissədən sonra hesab açılmayıb.

Oyunu rumıniyalı baş hakim Marsel Birsan idarə edir.

Qeyd edək ki, Bakı klubunun futbolçusu Sofyan Şakla 27-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

***

20:01

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya) görüşü start götürüb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

Oyunu rumıniyalı baş hakim Marsel Birsan idarə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR