“Qalatasaray” Arda Güleri icarə əsasında heyətinə qatmaq istəyir.
Metbuat.az xəbər verir ki, klub bununla bağlı təklif irəli sürüb. Türkiyə mediasının iddiasına görə,“Qalatasaray” “Real Madrid”ə təklif göndərib. Təklifdə deyilir ki, Arda oynamağa hazır olacağı təqdirdə əsas heyətdə yer alacaq. Bu şərt Çempionlar Liqasına oyunlarına da aid edilib. “Qalatasaray” Ardanın bütün məvacibini ödəməyi və 5 milyon avro icarə haqqı ödəməyi öhdəsinə götürüb. “Qalatasaray” zədələnəcəyi təqdirdə Arda Gülərin bütün xərclərini də üzərinə götürüb. “Real”ın şərtləri arasında isə “Qalatasaray”ın Çempionlar Liqasına vəsiqə qazanması, Ardanın “Qalatasaray”a gəlməyi qəbul etməsi kimi şərtlərin olduğu irəli sürülür.
Qeyd edək ki, Arda Gülerin əsas heyətdə oynayacağı kluba transfer ola biləcəyi barədə iddialar var. “ Yuventus”, “Milan” və “İnter” kimi klubarın Ardanın xidmətində maraqlı olduğu iddia edilir.