Ağstafada maskalı şəxslər sələmçi qadının evinə basqın etdi

Ağstafa rayonunun Poylu qəsəbəsində maskalı şəxslər tərəfindən evə basqın olub.

Metbuat.az-ın məlumatına görə, yerli sakin Təranə Əliyevaya məxsus evdən pul oğurlayan naməlum şəxslər ərazidən uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.

İddialara görə, T.Əliyeva rayonda sələmçi kimi tanınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı