"Qarabağ"ın matçını o idarə edəcək

Xorvatiyada yerli "Dinamo" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

Metbuat.az bildirir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Adam Ladeback yerinə yetirəcək.

VAR-da almaniyalı Bastian Dankert AVAR-da onun həmyerlisi Yohann Pfeifer əyləşəcək.

Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı