Fenomen tutuquşu rekordlar kitabına düşdü

Sosial media fenomeni olan boz tutuquşu üç dəqiqə ərzində ən çox obyekti müəyyən edən tutuquşu kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Metbuat.az xəbər verir ki, ABŞ-da sosial media fenomenləri olan Dalton və Victoria Masonla yaşayan Apollon adlı tutuquşunun tiktokda 2,8 milyon, yutubda isə 1,3 milyon izləyicisi var. Cütlük 2020-ci ildən onlarla birlikdə yaşayan 4 yaşlı boz tutuquşuya məşq etdirir.

Ginnesin Rekordlar Kitabı böcəklər, kitablar və corablar kimi 12 obyektin adını çəkən Apollonun tutuquşular arasında 3 dəqiqə ərzində rekord qırdığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı