ABŞ təkzib etdi - Ukraynaya mane olmamışıq

ABŞ Ukraynaya Rusiya ərazisində “Storm Shadow” qanadlı raketlərindən istifadəyə icazə vermədiyini təkzib edir.

Metbuat.az bildirir ki, bu barədə "The Telegraph" nəşri yazır. Qeyd olunur ki, “Storm Shadow” raketləri Böyük Britaniya, Fransa və ABŞ-nin birgə istehsalıdır. Lakin "Ağ Ev" Ukraynanın Rusiya ərazisinə hücum etmək üçün bu raketlərdən istifadəsinə mane olanın məhz Amerika olduğu barədə məlumatları təsdiqləmir.

Bayden administrasiyasının rəsmisi nəşrə bildirib ki, bu raketlərin Rusiya sərhədindən keçməsi üçün Ukraynadan heç bir rəsmi müraciət olmayıb. Bununla belə, “yaxşı məlumatlı” ABŞ rəsmisi bildirib ki, Rusiya qırıcılarının 90%-i artıq “Storm Shadow” raketlərinin vura biləcəyi məsafədən kənarda yerləşən hava bazalarına köçürülüb:

“Rusiya hesab edir ki, ABŞ və ya digər Qərb dövlətləri nəhayət onlara (ukraynalılara) Rusiyada uzaqmənzilli raketlərdən istifadə etmək icazəsi verə bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı