Britaniyalı diplomat ölkəsi İsrailə silah satdığına görə istefa verdi

Böyük Britaniyanın Dublindəki səfirliyinin diplomatı Mark Smit ölkəsinin İsrailə silah satışının davam etməsinə etiraz olaraq tutduğu vəzifədən istefa verib.

Metbuat.az xəbər verir ki, Smitin istefası ilə bağlı X-də dərc olunan məktubda aşağıdakı ifadələr yer alıb: “Britaniya Xarici İşlər Nazirliyi müharibə cinayətlərində şərikdir”.

Məktubda istefasından peşman olduğunu, lakin hərbi cinayətlərdə əməkdaşlıq edən bir qurumda işləyə bilmədiyini vurğulayan Smit, daha əvvəl nazirliyin Yaxın Şərq və Şimali Afrikaya silah ixracı lisenziyaları ilə bağlı bölməsində çalışdığını bildirib.

Bu mövzuda mütəxəssis olduğunu bildirən Smit, "Hər gün İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərin və beynəlxalq humanitar hüququn pozulmasının şahidi oluruq. İsrail hökumətinin və ordusunun öndə gedən simaları soyqırım niyyətlərini açıq şəkildə nümayiş etdirir” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı