Bakının bu ərazisində evlər söküləcək

Bakının Xətai rayonunun Babək prospekti, eləcə də Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyəti məlumat yayıb.

“Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Söküntü işləri üçün 1,7 milyon manatdan çox vəsait xərclənəcəyi gözlənilir”, - məlumatda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı