İlham Əliyevin siyasi kursuna sadiq: Səlimova Eslanda - 110 saylı Balakən Seçki Dairəsi

44 günlük Vətən Müharibəsi zamanı Qarabağda həkim kimi xidmət göstərmiş Dr. Eslanda Səlimova, “Xalqın həkimi, xalqın millət vəkili” şüarı ilə 110 saylı Balakən seçki dairəsində seçki kampaniyasına start verir.

Dr. Səlimova seçki kampaniyasının çərçivəsində bütün seçicilərlə görüşlər keçirməyi planlaşdırır. Namizəd seçki günü, 1 sentyabr 2024-cü il tarixində seçiciləri gözləyir.

Platforması:

1. Yerli və digər sosial-iqtisadi problemlərin həlli;
2. Sosial problemlərin həlli və aztəminatlı ailələrə xüsusi diqqət;
3. Tibbi keyfiyyətin artırılmasına yardım;
4. Rayon və kəndlərdə quruculuq və abadlıq işlərinin aparılmasına dəstək;
5. Rayonun kənd təsərrüfatının inkişafı;
6. İş adamlarına və yerli sahibkarlara dəstək;
7. Rayonda gənclərin idmana cəlb edilməsinə dəstək;
8. Tənha və köməksiz anaların hər zaman yanında olmaq;
9. Şəhid ailələrinin hər zaman problemlərini qabartmaq, dinləmək və yardım etmək;
10. Rayonun turizm potensialının daha da önə çıxarılmasına dəstək;
11. Hüquqi yardıma ehtiyacı olan vətəndaşlara yardım etmək;
12. Ödənişsiz təhsilin əlçatanlığı;
13. Vətən müharibəsi veteranlarının sosial təminatı;
14. Təmirə ehtiyacı olan orta məktəblərin probleminin gündəmə gətirilməsi;
15. Kəndlərin marşrut probleminin önə çıxarılması və həlli yolları;
16. Dövlətimizin dövlətçilik və xarici siyasət kursuna dəstək.

Eslanda Səlimova 17 dekabr 1988-ci ildə Tatarıstanın Kazan şəhərində doğulub, Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2019-cu ildən Baku Medical Plaza Klinikalarında fəaliyyət göstərir.

Dr. Səlimova, seçkilərdə dəstək üçün seçicilərə müraciət edir və Balakənin və ölkənin gələcəyini daha yaxşı etmək məqsədilə səs verilməsini xahiş edir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı