Ronaldo sosial medianı çalxaladı

Yutub kanalı açdığını elan edən Kriştiano Ronaldo 1 saat ərzində topladığı izləyici sayı ilə rekord qırıb.

Metbuat.az xəbər verir ki, Ronaldo futbolçu karyerasının sonuna yaxın yutuber olmaq qərarına gəlib və özü üçün kanal açıb. Sosial media hesablarında yeni kanalını açıqlayan Ronaldo 90 dəqiqə ərzində 1 milyondan çox abunəçi toplayıb. Kanalında Corcina Rodrigezlə əyləncəli məzmunlar paylaşan Ronaldo, yutubda 100 min abunəçiyə ən tez çatan kanal olub. Portuqaliyalı 55 dəqiqə ərzində 100 min abunəçiyə çatan "Sidemen Reacts" kanalının rekordunu qırıb. Hazırda kanalda abunəçilərin sayı 6 milyonu ötüb. Ronaldonun kanalına bir saat ərzində 11 video yüklənib. Ronaldo sosial şəbəkədəki paylaşımında bunları deyib:

"Gözləmə bitdi! Yutub kanalım nəhayət burada! Abunə olun və bu yeni səyahətdə mənə qoşulun".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR