Mourinyo bir şərtlə Ferdinin satılmasına razıdır

35 milyon avroya "Brayton"a transfer olunacağı gözlənilən "Fənərbağça"nın futbolçusu Ferdi Kadıoğlu ilə bağlı daha bir iddia ortaya atılıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin portuqaliyalı baş məşqçisi Joze Mourinyo yalnız solaxay bir mərkəz müdafiəçisi alınacağı təqdirdə Kadıoğlunun satılmasına razı olacaq. O, mərkəz mövqeyi üçün Becao və Cikunun yetərsiz olduğunu düşünür.

Joze Mourinyonun bu tələbindən sonra rəhbərlik hərəkətə keçib. Komanda İngiltərənin "Fulham" klubunda forma geyinən Kalvin Bassey ilə maraqlanır. Bazar dəyəri 16 milyon avro olan solaxay futbolçu sürəti və fiziki göstəriciləri ilə diqqət çəkir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı