Ukrayna Rusiyaya hücum etməyi bizimlə məsləhətləşməyib - Şolts

Almaniya kansleri Olaf Şolts Ukraynanın 6 avqustda Rusiyaya hücumu ilə bağlı ölkəsi ilə məsləhətləşmədiyini və irəliləyişin məhdud olacağını gözlədiyini deyib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, Şolts Kişinyovda Moldova prezidenti Maia Sandu ilə görüşündən sonra keçirilən mətbuat konfransında Almaniyanın Ukraynanın Avropada ən böyük dəstəkçisi olmağa davam edəcəyini bildirib.

Qeyd edək ki, Ukrayna ordusu avqustun 6-dan başlayaraq Rusiyanın Kursk vilayətində əməliyyatlara başlayıb. Ukrayna ordusu çərşənbə axşamı Kursk vilayətində 1263 kvadrat kilometr ərazini və 93 rayonu nəzarətə götürdüyünü açıqlayıb ki, bu da müəyyən irəliləyişin əldə olunması deməkdir.

Ukraynanın indiyədək ələ keçirildiyi deyilən ən mühüm ərazi Ukrayna sərhədindən 8 kilometr aralıda yerləşən 5500 əhalisi olan Sudja şəhəri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı