Devalvasiya bu halda ola bilər - AÇIQLAMA

"Mənə elə gəlir ki, devalvasiya şayiədir, çünki heç bir iqtisadi əsası yoxdur".

Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Emin Qəribli deyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəricilərinə baxsaq, kifayət qədər dayanıqlı durumda olduğumuzu görərik:

"İkinci məsələ, bizdə valyuta bazarı dövlət tərəfindən tənzimlənir. Ona görə də hər hansı proqnoz vermək doğru deyil. Tələb-təklif əsasında və ya hansısa göstəricilər əsasında olsaydı, proqnoz vermək olardı. Təbii ki, bu, dövlətin qərarından asılıdır. Mənə elə gəlir ki, bu kimi şayiələr təxribat yönümlüdür".

İqtisadçı bildirib ki, devalvasiya baş verə bilər və bu, kapitalist sistemdə normal haldır:

"Biz heç nədən sığortalanmamışıq, devalvasiya ola da bilər. Olsa da, bu formada olar ki, Mərkəzi Bank valyutanın bazar tərəfindən tənzimlənəcəyinə qərar verər, bu zaman manatın ucuzlaşması baş verər. Bu da bazar iqtisadiyyatının təbiətinə uyğundur və burada problem görmürəm. Devalvasiya olsa da, bu, normal haldır. Türkiyədə də, Rusiyada da bu proseslər baş verir".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı