Məktəbli formaları ilə bağlı vacib açıqlama

Yeni tədris ilinin başlamasına 1 aydan az müddət qalıb. Bu ərəfədə məktəblilər və onların valideynləri bir məsələ narahat edir ki, o da şagird formaları və onların say, ölçü problemidir.

Metbuat.az Yenisabah.az-a istinadən bildirir ki, ötən il və ondan əvvəlki tədris illərində sözügedən məsələ ilə bağlı bir çox valideynlər öz narazılıqlarını ifadə edərək, Bakı Tikiş Evindən şikayətlənirdi. Məlumdur ki, məktəblər yalnız bu quruma aid olan məktəbli formalarını təsdiqləyir və şagirdlərin bir geyimdə olmasını tələb edirlər. Belə olan halda, valideynlər övladına uyğun ölçülərdə forma tapa bilməyəndə əlacsız qalıb digər saxta formaları almaq üçün müxtəlif mağazalara üz tuturlar. Bəs hazırda məktəbli formaları ilə bağlı vəziyyət nə yerdədir?

Durumdan xəbərdar olmaq üçün Bakı Tikiş Evi ilə əlaqə saxladıq. Müəssisənin satış müdiri Etibar Əzimov bildirdi ki, hazırda məktəbli formalarının ölçüləri ilə bağlı heç bir problem yoxdur: Sayt yaratmaq

“Əvvəla, onu qeyd edim ki, məktəbli formalarında ölçü çatışmazlığı ilə bağlı heç söhbət ola bilməz. Çünki lazımi qədər forma istehsal olunub. Hazırda 100 mindən artıq məktəbli forması mövcuddur. Geyimlərimiz keyfiyyətlidir, parçası, materialı Türkiyə və Belarusdan alınır”.

E. Əzimov, həmçinin, builki qiymətləri də açıqlayıb:

Nazirlər Kabinetinin qərarına əsasən, bütün polo köynəklər 26-54 ölçüyə qədər qiymət 15 manat, tərkibi isə 100 faiz pambıqdır. Şalvar və ətəklərin qiyməti ötən il 25 manat idi, bu il isə ucuzlaşaraq, 20 manat olub. Şalvar və ətəklərin materialı isə 60 faiz yundan, 40 faizi isə polyesterdən ibarətdir.

Satış mərkəzlərimiz həftənin 7 günü fəaliyyət göstərir. Bütün ətraf qəsəbələrdə satış mərkəzləri mövcuddur. Nəticədə valideynlərin şəhərin bir başından o biri başına getməsinə ehtiyac qalmır. Əsasən, uzaq ərazidə yerləşən qəsəbələrdə, məsələn, Qaradağ rayonunun Yeni Sahil qəsəbəsi, Maştağa, Mərdəkan, Şüvəlan, Xırdalan, Sumqayıtda da satış mərkəzləri yaradılıb. Həmin satış mərkəzlərinin yaradılmasında əsas məqsəd valideynlər üçün məktəbli formalarının əlçatan olmasına şərait yaratmaqdır. Hər kəs özünə yaxın olan məsafədə yerləşən satış mərkəzinə gedib formaları əldə edə bilər. Bakı Tikiş Evinin saytı və instagram hesabında sözügedən məntəqələrin yerləşdiyi ünvan və telefon nömrələri daha ətraflı şəkildə qeyd olunub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR