Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında böhran yaşanır.
Metbuat.az xəbər verir ki, buna səbəb Səudiyyə İnvestisiya Fondunun kluba maliyyə ayırmasını dayandırımasıdır. “Essential Sports”un iddiasına görə, klubun prezidenti İbrahim bin Abdulla Əl-Muhaidib klubu tərk edəndən sonra idarə heyətinin üzvü Kafari Əl-Kafari istefa verib. İdarə Heyətinin bəzi üzvləri də artıq klubu tərk ediblər. Klub rəhbərliyinin yeni oyunçu və maliyyə almaq üçün yüksək səviyyəli rəhbərliklə görüşsə də, rədd cavabı alıb. Klubun ulduzu Kriştiano Ronaldo da yüksək səviyyəli rəhbərliklə görüşməyə cəhd etsə də, razılıq verilməyib.
Ronaldonun ətrafında qurulan böyük layihəyə yeni oyunçuların cəlb edilməyəcəyi deyilir. Bəzi futbolçuların da klubdan ayrılmaq istədiyi deyilir. Klubdakı vəziyyət Ronaldonu da əsəbləşdirib.