Reuters-in təhlükəsizlik müşaviri Kramatorskda öldü

Reuters agentliyinin təhlükəsizlik müşaviri Rayan Evans Donbassda ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

O, Kramatorskdakı “Sapphire” otelinə raket hücumu nəticəsində həlak olub.

"Reuters"in məlumatına görə, 38 yaşlı Rayan Evans keçmiş Britaniya hərbçisidir. 2022-ci ildən agentlikdə çalışır.

Agentliyikdən bildirilib ki, daha iki jurnalist yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR