Şimali Koreya PUA istehsalını artıracaq

Şimali Koreya lideri Kim Çen In pilotsuz təyyarələrin sınağında iştirak edib.

Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilib ki, Kim Çen In müxtəlif dronların hazırlanması və istehsalının artırılması ilə bağlı tapşırıq verib.

Onun sözlərinə görə, strateji kəşfiyyat və çoxməqsədli pilotsuz uçan aparatlarının, eləcə də taktiki piyada bölmələri və xüsusi təyinatlılar üçün müxtəlif kamikadze pilotsuz təyyarələrin hazırlanması mütləqdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı