Tacikistanın şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, baş verən yeraltı təkanlar 5 bal gücündə qeydə alınıb. Zəlzələ paytaxt Düşənbədə hiss olunmayıb.
İtki və dağıntı barədə məlumat verilməyib.