Addım atsa, bonus veriləcək - Müqavilənin detalları üzə çıxdı

Braziliya mediası Endrikin transferi üçün "Palmeyras" və "Real Madrid" arasında bağlanan müqavilənin detallarını açıqlayıb.

Metbuat.az müqavilədə yer alan bonusları təqdim edir:

- İlk 11-də başladığı hər matç üçün 75 min avro;

- Hər qol, asisst və yaratdığı penalti vəziyyəti üçün 35 min avro;

- "Real" çempion olsa və Endrik azı 8 oyunda start heyətdə başlasa, 500 min avro bonus;

- "Real" ÇL-də yarımfinala çıxsa və Endrik 3 matç 11-də oynasa, 500 min avro;

- "Real" ÇL-də qalib gəlsə, Endrik 4 matçda 11-də oynasa, 1 milyon avro bonus;

- "Goldenboy" mükafatını qazansa, 1 milyon avro;

- Hər hansı bir fərdi mükafatı qazansa, 2 milyon avro;

Qeyd edək ki, müqavilə 2030-cu ildə başa çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR