Ardadan Ançelottiyə maraqlı cavab - "Qapıda qalmaqdan məmnun olaram"

Arda Güler Karlo Ançelottinin ona verdiyi şansdan yaxşı istifadə edərək, “Valyadolid” matçının ən yaxşı oyunçularından biri olub.

Metbuat.az xəbər verir ki, Ançelotti Ardanın oyununu bəyəndiyini bildirib. “Defensa Central” dərc edilən xəbərdə, “Valyadolid” matçından əvvəl Arda və Ançelotti arasında baş tutan söhbətə yer verilib. Ançelotti Gülerə matçda daha çox oyun qurucusu, hətta yarımmüdafiəçi kimi oynayacağını deyib. Arda isə Ançelottiyə "Məni qapıçı qoysan belə, oynamaqdan məmnun olaram" deyə cavab verib. Ançelotti futbolçunun reaksiyasından razı qalıb.

Bu, Arda Gülerin “Real”da oynamağın çətin olduğunu və bir mövqedə oynamaq tələbinin səhv olacağını başa düşdüyünə işarədir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR