Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları - SİYAHI

1 iyul 2024-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Metbuat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu dövrdə xarici dövlət borc portfelinin 2 milyard 176,687 milyon ABŞ dolları (40.6%-i) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 3 milyard 184,612 milyon ABŞ dolları (59.4%-i) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.

Aşağıdakı cədvəldə 1 iyul 2024-cü il tarixinə dövlət qurumlarının proqram və layihələri həyata keçirmək üçün cəlb etdiyi xarici borcun məbləği verilib.

Dövlət QurumlarıXarici borcun məbləği Min ABŞ dolları
“Azəravtoyol”1050814,8
“Dövlət Su Ehtiyatları Agentliyi”788111,1
"Azərbaycan Dəmir Yolları"729136,8
NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi193006,8
Kənd Təsərrüfatı139393,8
Digər qurumlar284148,9

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı