"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək.

***

21:59

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Dinamo" (Zaqreb, Xorvatiya) oyununda ikinci qol vurulub.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar növbəti dəfə hesabı öx xeyirlərinə dəyişiblər. - 2:0.

55-ci dəqiqədə Mateus Silva avtoqol müəllifi olub.

Tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

***

21:50

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda öndədir - 1:0.

32-ci dəqiqədə Marko Pyasta fərqlənib.

Tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

***

21:33

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda öndədir - 1:0.

32-ci dəqiqədə Marko Pyasta fərqlənib.

Tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

***

21:21

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" oyununda hesab açılıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda önə çıxıb.

32-ci dəqiqədə Marko Pyasta fərqlənib.

Tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

***

20:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" oyunu start götürüb.

Metbuat.az xəbər verir ki, tərəflər arasında cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edir.

Tərəflər araaında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR