"Zirə" bu gün cavab oyununa çıxacaq

"Zirə" bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Metbuat.az bildirir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edəcək.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunu

29 avqust

20:00. "Zirə" - "Omoniya" (Kipr)

Baş hakim: Vitaliys Spasyonnikovs

Bakı, "Liv Bona Dea Arena".

Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı