Ərəblər Ramosu da aldı - Bu kluba keçdi

2023-24 mövsümündə "Sevilya"ya qayıdan Serxio Ramos karyerasında yeni səhifə açır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Serxio Ramos Səudiyyə Ərəbistanı komandalarından olan "Əl-Orobah"la anlaşıb. Təcrübəli müdafiəçinin transferinin qısa müddətdə rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, "Sevilya"da yetişən Serxio Ramos 2005-06 mövsümünün əvvəlində 27 milyon avroya "Real Madrid"ə transfer olunub. 16 illik Real Madrid macərasından sonra Ramos 2021-ci ildə PSJ-yə keçdi və 2 mövsüm Fransa nəhəngində çıxış etdi.

Serxio Ramos karyerası ərzində 1 Dünya kuboku və 4 Çempionlar Liqası da daxil olmaqla ümumilikdə 29 kubok qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR