"20 Yanvar"dakı mağazalar bağlandı - FOTO

Bakı Metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

Metbuat.az APA-ya istinadən bildirir ki, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyatı olmadığı bildirilib.

Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR