Ardadan Mbappeyə sərt etiraz - "Real"da gərginlik

İspaniya La Liqasının 3-cü həftəsində "Real Madrid" səfərdə "Las Palmas"la heç-heçə edib.

Metbuat.az xəbər verir ki, oyun 1-1 hesabı ilə başa çatıb. Moleiro və Vinisius fərqləniblər. Oyunda “Real”ın qələbə qazanmaq üçün şansları olub.Arda Gülerin müdafiə arxasına ötürməsindən sonra topa hərəkət edən Kilian Mbappe cərimə meydançasına daxil olub. Rəqibini aldadan Mbappe cərimə meydançasında boş qalan Arda Gülerə ötürmək əvəzinə, topu özü vuraraq fürsəti əldən verib. Mbappedən israrla ötürmə istəyən Arda Güler əldən verilə fürsətə etiraz edib. Epizoddan sonra Arda “Niyə topu mənə ötürmədin?” deyirmiş kimi əllərini açaraq Mbappeyə etiraz edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR