Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün 4 idmançımız mübarizə aparacaq.
Metbuat.az xəbər verir ki, paraüzgüçü Raman Saley S12 kateqoriyasıda 100 metr məsafəyə arxası üstə üzmədə medal qazanmağa çalışacaq.
Bu kateqoriyanın təsnifat mərhələsinə 11:30-da, final oyunlarına isə 19:30-da start veriləcək.
Digər paraüzgüçü Könül Süleymanova isə S2 kateqoriyasında 50 metr məsafəyə arxası üstə üzəcək. Bu yarışın təsnifat mərhələsi 13:09-da, final isə 21:50-də olacaq.
Parataekvondoçu Əbülfəz Abuzərli (80 kq) K44 kateqoriyasında gücünü göstərəcək. Yarışın təsnifat mərhələsi 12:00-16:30, finalı isə 19:00-23:30-da başlayacaq.
Paraatıcımız Aybəniz Babayeva P2 kateqoriyasında, 10 metr məsafəyə atəş açma yarışlarında mübarizəyə başlayacaq. Bu yarışların təsnifat mərhələsinə 14:00-da, finalına isə 16:45-də start veriləcək.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.