Azərbaycanda manatla geniş pul kütləsi 12 %-ə yaxın artıb

Bu il avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 44 milyard 920,7 milyon manat təşkil edib.

Metbuat.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, aylıq müqayisədə 0,3 %, ilin əvvəlinə nisbətən 0,3 % az, illik müqayisədə isə 9,4 % çoxdur.

O cümlədən, manatla geniş mənada pul kütləsinin həcmi avqustun 1-nə 35 milyard 452,6 milyon manat təşkil edib. Bu, iyulun 1-nə olan analoji göstəricidən 0,9 %, ilin əvvəlinə nisbətən 0,2 %, illik müqayisədə isə 11,8 % çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı