“Neftçi” yenə qələbə qazana bilmədi

Azərbaycan Premyer Liqasının V turunda daha bir oyun keçirilib.

Metbuat.az xəbər verir ki, “Neftçi” səfərdə “Şamaxı”nın qonağı olub.

Şəhər stadionunda keçirilən qarşılaşmada qol vurulmayıb. Bununla da “Neftçi”nin qələbəsiz oyunlar seriyası 5-ə çatıb.

Azərbaycan Premyer Liqası
V tur
31 avqust
17:00. “Şamaxı” – “Neftçi” - 0:0

Qeyd edək ki, V turda bu gün daha bir qarşılaşma baş tutacaq. “Sabah” klubu Tovuzda “Kəpəz”in qonağı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR