Ançelotti tərəddüd içindədir - "Real"da gərgin atmosfer var

İspaniya La Liqasının son turunda "Real Madrid" öz meydanında "Real Betis"i 2:0 hesabı ilə məğlub edib.

Metbuat.az xəbər verir ki, Arda Güler ehtiyat oyunçular arasında yer alsa da, Karlo Ançelotti onu meydana buraxmayıb.“Real Madrid”in qollarına yeni transfer Mbappe imza atıb. Oyundan əvvəl isə “Real”ın təqdim etdiyi matçın afişasında Ardanın da fotosuna yer verilmişdi. Buna görə də, Ardanın meydana çıxacağı deyilirdi. İddia edilir ki, Ançelotti hələlik əsas heyəti tam qura bilməyib. Komandanın baxımlı oyun nümayiş etdirə bilməməsi, Ançelottinin oyunçu dəyişdirməsinə səbəb olur.

Qeyd edək ki, bundan əvvəlki turda Arda Güler əsas heyətdə matça çıxmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR