Bayden Qəzza ilə bağlı təklifini bu həftə açıqlayacaq

ABŞ prezidenti Co Bayden bu həftənin sonunda Qəzza zolağında girovların azad edilməsi və atəşkəslə bağlı yekun təklifi İsrailə və Fələstinin Həmas hərəkatına təqdim etməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə "Ağ Ev"in milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Qəzzada saxlanılan amerikalı girovların ailələrinə bildirib.

Bayden yekun razılaşmanın strategiyasını müəyyən etmək üçün bu gün milli təhlükəsizlik komandası ilə görüşəcək.

Bildirilib ki, İsrail və HƏMAS-ın ABŞ-ın təklifinə cavab vermək üçün bir həftə vaxtları olacaq.

Qeyd edək ki, avqust ayında Dohada Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı