Alp dağında itkin düşən qadın 5 gün sonra sağ tapıldı

Avropanın ən hündür nöqtəsi olan İtaliyada Alp dağlarında azmış 89 yaşlı Cüzepina Bardelli 5 gün sonra sağ tapılıb.

Metbuat.az xəbər verir ki, qadın oğlu ilə göbələk yığarkən başqa istiqamətə gedərək itkin düşüb. Göbələk yığan zaman qadın 20 metr hündürlükdən yıxılaraq 2 qabırğası sınıb. Qırılan qabırğası ağciyərini deşib. Təcili xidmət qrupları, axtarış-xilasetmə helikopterləri və pilotsuz uçuş aparatları vasitəsilə axtarılan qadın 5 gündən sonra tapılıb. Qadın otla örtülmüş çuxurda tapılıb. Bardellinin oğlu Roberto anasının gölməçələrdə tapdığı yağış suyunu içdiyini, yaşlı qadının gecələr ağacın altında yataraq üstünə ot örtdüyünü hətta tülkü ilə dostluq etdiyini deyib. Xəstəxanaya aparılan qadının vəziyyətinin yaxşı olduğu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı