Laporta "Real"dan danışdı - "Onlara cavab verəcəyik"

“Barselona” prezidenti Xuan Laporta “Real Madrid”lə olan münasibətlərdən danışıb.

Metbuat.az xəbər verir ki, o “Real” münasibətlərin gərgin olduğunu ifadə edib. Laporta ““Madrid'lə aramızdakı münasibət çox pisdir. Onların “Negreira” məsələsindən bizə qarşı istifadə etmələri yolverilməzdir. Qoy onlar istədiklərini etsinlər, biz də istədiyimizi edəcəyik” deyə bildirib.

Laporta klubun iqtisadi durumunun yaxşı olduğunu ifadə edib. ““Barselona” artıq yüksək səviyyəli müqavilələr imzalaya bilər. Sahib olduğumuz komanda ilə fəxr etməliyik və başqalarının dediklərinə qulaq asmamalıyıq, çünki onlar üçün rahatdır. “Barselona” nə vaxt qalib gəlsə, “Negreira” hər dəfə əsas xəbərlərə qayıdır” - Laporta deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı