Poltavanın vurulması nəticəsində ölənlərin sayı artdı

Ötən gün Rusiyanın ballistik raketlərlə Poltava şəhərinə zərbələri nəticəsində ölənlərin sayı artaraq 53 nəfər həlak olub, daha 298 nəfər yaralanıb.

Metbuat.az bildirir ki, Bb barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Xilasetmə xidmətləri təhlükəsizlik vəziyyətini nəzərə alaraq işlərini davam etdirir. Fövqəladə Hallar Dövlət Xidməti əlavə edib ki, hücum nəticəsində altı mərtəbəli təhsil binası qismən dağılıb, üç yaşayış binası, beş fərdi yaşayış evi və bir inzibati binaya ziyan dəyib.

Bu gündən Poltavada üç günlük matəm elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı