Romada tarixi abidəni ildırım vurdu

Romada Kolizeyin yanında yerləşən İmperator Konstantinin Zəfər Tağını ildırım vurub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ildırım birbaşa tarixi abidəyə dəyib. Nəticədə bir neçə daş element qoparaq yerə düşüb. İldırım çaxmasından dərhal sonra mütəxəssislər əraziyə gəliblər. Bütün qırılan hissələri toplayıb təhlükəsiz yerə köçürüblər.

Xatırladaq ki, Konstantin ZəfərTağı eramızın 315-ci ilində Roma Senatının qərarı ilə imperator Konstantinin rəqibi Maxensiusa qarşı qanlı vətəndaş müharibəsində qələbə şərəfinə tikilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı