Sentyabrın 10-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd, keçmiş prezident Donald Tramp və onun Demokratik rəqibi, vitse-prezident Kamala Harris arasında ilk debat keçiriləcək.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, debatın Filadelfiyada Milli Konstitusiya Mərkəzində bağlı qapılar arxasında keçirilməsi planlaşdırılır.
Bildirilib ki, debat "ABC News" tərəfindən canlı yayımlanacaq
Qeyd edilib ki, namizədlər debat müddətində podiumun arxasında dayanacaqlar və səhnəyə heç bir rekvizit və ya əvvəlcədən yazılmış qeydlər buraxılmayacaq.