Üç cüdoçumuz finalda

Estoniyanın paytaxtı Tallin şəhərində gənc cüdoçular arasında Avropa çempionatına start verilib.

Metbuat.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın üç cüdoçusu finala yüksəlib.

Kişilər arasında Nizami İmranov (60 kiloqram), qadınların mübarizəsində isə Könül Əliyeva (52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.

Onlar qızıl medal uğrunda görüşdə müvafiq olaraq, ukraynalı Nazar Viskov, türkiyəli Zilan Ərtəm və gürcüstanlı Nino Loladze ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu Avropa çempionatına sentyabrın 8-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı