Millət vəkili seçilən xanımla bağlı iddialara cavab verildi

Sosial şəbəkələrdə Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızının millət vəkili seçilməsi ilə bağlı məlumat yayılıb.

Məhkəmənin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, 1 sentyabr 2024-cü il tarixində keçirilən növbədənkənar parlament seçkilərində millət vəkilliyinə namizədliyi irəli sürülən Məmmədova Nigar Fikrət qızının Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızı olduğu iddia edilir.

Konstitusiya Məhkəməsinin Mətbuat Xidməti yayılan xəbərləri təkzib edərək, həmin şəxsin hakim Fikrət Məmmədovla heç bir qohumluq əlaqəsinin olmadığını bildirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı