"Atəşkəs həm HƏMAS-dan, həm də İsraildən asılıdır" - Blinken

"Qəzza zolağında atəşkəsə nail olmaq həm Fələstinin radikal HƏMAS hərəkatı, həm də İsrail hökumətindən asılıdır. Birləşmiş Ştatlar yaxın günlərdə onların cavabını almağa ümid edir".

Metbuat.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken deyib:

"İndiki məqamda mənə elə gəlir ki, hər iki tərəf bir çox məsələlərdə razılaşmalıdırlar. Biz bu məsələdə olan tərəfdaşlarımızla çox fəal müzakirələr aparırıq".

Daha əvvəl ABŞ-ın baş diplomatı atəşkəs razılaşmasının mümkünlüyünün daha çox HƏMAS və onun Siyasi Bürosunun rəhbəri Yəhya Sariyadan asılı olduğunu bildirib.

Qeyd edək ki, avqustun 15-16-da Dohada Qəzza zolağında saxlanılan girovların azad edilməsi və orada atəşkəsin həyata keçirilməsi ilə bağlı razılığın əldə edilməsinə yönəlmiş məsləhətləşmələrin yeni mərhələsi keçirilib. Misir, Qətər və ABŞ liderləri danışıqlardan sonra verdikləri birgə bəyanatda danışıqların müsbət atmosferdə keçdiyini bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı