Sudanda daşqınlar nəticəsində ölənlərin sayı 205-ə çatdı

Sudanda iyun ayından bəri leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 205-ə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Nazirlikdən verilən açıqlamada ölkədə yağış və daşqınlar nəticəsində xəsarət alanların sayının 886-ya çatdığı, 26 mindən çox evin tamamilə, 33 mindən çox evin isə qismən dağıldığı bildirilib.

Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox insan həyatını itirir, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.

İyun ayından bu yana ölkədə baş verən yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı