Mourinyonun üstündən xətt çəkdiyi futbolçular "Qalatasaray"ı istəyir

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun klubdan göndərmək istədiyi Levent Mercan və Oğuz Aydın "Qalatasaray" forması geyinmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə "Qalatasaray"ın idman direktoru Cenk Ergün açıqlama verib. Onun iddiasına görə, futbolçular "Qalatasaray"a transfer olmaq istədiklərini bildiriblər. Cenk Ergünün sözlərinə görə, həm Levent, həm də Oğuz “Qalatasaray”a gəlməyə can atırlar və əgər fürsət tapsalar “Qalatasaray”a gələcəklər. Məlumata görə, Joze Mourinyo iki futbolçunun planlarına daxil olmadığını qeyd edərək, onların transferə çıxarılmasını istəyib. Türkiyə mediası yazır ki, Oğuz Aydın və Levent Mercan “Fənərbaxça”ya transfer olmaq istəməyib.

Bundan əvvəl Levent Mercan “Karagümrük”ün keçmiş prezidenti Süleyman Hurmanı onu “Qalatasaray”a satmadğına görə tənqid etmişdi. İddia edilir ki, Oğuz Aydının "Qalatasaray"a getməsinə meneceri Cenk Melih Yazıcı mane olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı