Rusiyanın müxtəlif bölgələri Ukrayna tərəfindən PUA hücumuna məruz qalıb.
Metbuat.az rus mediasına istinadən xəbər verir ki, Moskva vilayətinin Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 PUA zərərsizləşdirilib. Ramenskdə yaşayış binalarına ziyan dəyib, Lyublino rayonunda 9 yaşlı uşaq həyatını itirib.
Moskva vilayətindı PUA Jukovski hava limanı ərazisinə düşüb. Moskvanın Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında uçuşlar təxirə salınıb və ya ləğv edilib.
Tula vilayətində 2, Bryansk vilayətində isə 59 PUA vurulub.
Ramensk şəhərinə hücum zamanı 46 yaşlı qadın həyatını itirib.