İsraildən hava hücumu - 40 ölü, 60 yaralı

İsrailin Qəzzaya hava zərbələri nəticəsində 40 nəfər həyatını itirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Xan Yunisdəki fələstinli qaçqın düşərgəsinin vurulması nəticəsində həmçinin 60 nəfər xəsarət alıb.

Qurbanların sayının artacağı istisna edilmir.

Xatırladaq ki, daha əvvəl İsrail ordusunun mətbuat xidməti Xan Yunis şəhərində humanitar zonanın ortasında yerləşən qərargahda olan HƏMAS hərəkatının bir qrup yüksək vəzifəli fəalına zərəblər endirildiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR