Məşhur futbolçu karyerasını başa vurdu

Paulinyo futbolçu karyerasını bitirib.

Metbuat.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında məlumat yayıb. Braziliyalı futbolçu paylaşdığı videoya “Təşəkkür edirəm futbol” başlığını yazıb.

Qeyd edək ki, karyerasına Braziliyanın "GO Audax" klubunda başlayan Paulinyo daha sonra "Vilnüs", "LKS Lodz", "Braqantino", "Koimbra" və "Korintians" komandalarında çıxış edib.

2013/14 mövsümündə İngiltərə Premyer Liqa komandası "Tottenhem"ə transfer olan braziliyalı futbolçu "Barselona", "GZ Evergrande" və "Əl-Əhli" klublarında da oynayıb. Paulinyo sonuncu dəfə “Korintians”da forma geyinib. Karyerası boyunca 609 matça çıxan Paulinyo 155 qol vurub, 56 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR