Antarktidada ölümcül virus yayıldı

2021-ci ildən etibarən H5N1 virusunun fərqli bir ştammı olan "clade 2.3.4.4b" Avropadan Amerika qitəsinə və oradan Cənubi Amerikaya yayılaraq bir çox quş və məməli növünün kütləvi ölümünə səbəb olub. İndi virus köçəri quşlar vasitəsilə Antarktidaya çatmış ola bilər. Bölgədəki məşhur növlər, xüsusilə albatroslar və pinqvinlər ekzistensial təhlükə altındadır.

Metbuat.az bildirir ki, British Antarctic Survey (BAS) tərəfindən aparılan araşdırmaya görə, bu bölgələrdəki ekosistemlərin bir çox quş və dəniz məməlisi növləri üçün əhəmiyyətli sığınacaq olduğu ifadə edilir. Epidemiyalar artıq nəsli kəsilməkdə olan bu növlər üçün böyük təhlükə yaradır.

İlk dəfə 2023-cü il sentyabrın 17-də Antarktida ilə Argentina arasında yerləşən Cənubi Corciya adalarında nəhəng fırtına quşunun ölümü ilə başlayan epidemiya qısa müddətdə yayılmağa başlayıb. Tədqiqatçılar dekabr ayı ərzində 33 quş və 17 məməli ölümünü qeyd ediblər. Test edilən bu canlıların 66 faizində H5N1 virusu aşkar edilib.

Virus Folklend adalarında albatroslarda və cənub fırtına quşlarında da aşkar edilib.

Rəsmi olaraq bəyan edilməsə də, bəzi elm adamları heyvan epidemiyasının qitəyə çatdığını düşünürlər. Antarktidadakı təcrid olunmuş növlər üçün bu, geri dönüşü olmayan bir sona işarə edə bilər. Xüsusilə, Quş adasındakı Antarktika xəz suitiləri və materikdəki pinqvin koloniyaları ciddi itkilər yaşayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı