Nazir bu məktəb direktorlarını özü ilə müqayisə etdi

"Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir".

Metbuat.az xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O, belə hallarla bağlı direktorlara çağırış edib.

"Məktəb direktorları, siz valideynlərlə görüşüb onlara lazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necə çatdırırsınız? İstəyərdim ki, bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq?!", - nazir vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı