Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, Rusiya prezidenti Vladimir Putin seçkilərdə demokrat Kamala Harrisi ciddi şəkildə dəstəkləyir.
Metbuat.az xəbər verir ki, o, bu barədə ABC News-da debat zamanı deyib:
“Putin keçən həftə Harrisi dəstəklədi və onun qalib gələcəyinə ümid etdiyini bildirdi. Putinin fikrincə, Kamala Harrisin ABŞ prezidenti olacağı təqdirdə Rusiyanın maraqlarını müdafiə etmək daha asan olacaq".
Müzakirələr zamanı Kamala Harris və Donald Tramp Amerika iqtisadiyyatının inkişafı və miqrasiya böhranının aradan qaldırılması ilə bağlı mövqelərini bildiriblər.
Müzakirə mövzularından biri də Rusiya-Ukrayna münaqişəsi olub.
Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında danışıqları təşkil edəcəyinə və döyüşləri dayandıracağına söz verib.