"Sea Breeze"də 360 mənzil alan kimdir? - "1 il vaxt verdik"

Bakı yaxınlığında, Nardaran və Bilgəhdə dəniz kənarında inşa edilən supermüasir yaşayış və istirahət kompleksi "Sea Breeze Resort"a iri investisiyalar yatırılır.

Metbuat.az Fed.az-a istinadən xəbər verir ki, burada inşa edilən minlərlə mənzil investorlar üçün maraqlı yatırım hədəfinə çevrilib. Artıq burada yatırım rekordları qeydə alınmaqdadır.

İndiyədək kompleksə ən böyük yatırım bir investor tərəfindən 3 binanın alınması olub. Bu barədə kompleksin sahibi və rəhbəri Emin Ağalarov bildirib. Onun sözlərinə görə, bir investor sözügedən binalardakı 360 mənzilin hamısını alıb:

"Müştəri yaxınlaşdı, layihəyə inandı və bildirdi ki, yaxşı endirim edilsə, 3 bina, buradakı 360 mənzilin hamısını alacaq. Biz ona 1 il vaxt verdik, bu müddət ərzində binalar hazır olacaq. Bu, indiyədək qeydə alınan ən böyük satış müqaviləmizdir", - deyə E.Ağalarov bildirib.

"Sea Breeze"in sahibi bildirib ki, müştəri bu 360 mənzili sonradan, layihə bitəndən sonra satmaq üçün alır:

"O bilir ki, bu alqı-satqıdan 50% qazanacaq".

Kompleksə böyük məbləğ yatıran 2-ci müştəri isə 100 mənzil alıb. Emin Ağalarov bildirib ki, ümumilikdə kompleksdə 1700 mənzil vardı və 2-ci müştəri gəldikdə onlardan cəmi 100 mənzil qalmışdı, həmin investor da satışda olan sonuncu 100 mənzilin hamısını əldə edib:

"Layihə bitdikdən sonra həmin investor ikitərəfli qazanacaq – indi kvadratmetri 1500 dollara alınan təmirsiz mənzilləri o, layihə bitdikdən sonra 3000-3500 dollara asanlıqla sata biləcək".

Emin Ağalarov bildirib ki, kompleksdəki mənzilləri təmirsiz alıb, sonradan təmir edib satmaq çox gəlirlidir:

"Mən bank olsaydım, bu mənziləri satmazdım, sadəcə təmir edib, sonradan təmirli satardım".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı