Pərvanə Tahirqızı ARB-dən ayrıldı - FOTO

Aparıcı Pərvanə Tahirqızı ARB kanalı ilə yollarını ayırıb.

Metbuat.az-ın məlumatına görə, Pərvanə özü bu barədə məlumat verib. O, öz istəyi ilə kanaldan ayrıldığını bildirib:

"ARB kanalından ötən mövsümün sonunda öz istəyimlə ayrıldığımı bildirmək istəyirəm. Rəhbərliyə və bu illər ərzində məni dəstəkləyən, sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm."

Qeyd edək ki, Pərvanə aparıcı Elgiz Əkbərlə birlikdə "Elgizlə izlə" proqramında aparıcılıq edirdi. Ötən mövsüm onun proqramdan ayrıldığı açıqlansa da, aparıcı yenidən layihəyə qayıtmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR