Ukrayna əsir mübadiləsi etdi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə hərbi və mülki heyətin mübadiləsini elan edib.

Metbuat.az "Kommersant"a istinadən xəbər verir ki, 49 hərbçi, polis, sərhədçi və mülki şəxs Ukraynaya qayıdıb.

Bildirilib ki, Rusiya tərəfi hələlik mübadilə barədə açıqlama verməyib.

Prezidentin bəyanatına görə, Ukraynaya qayıdanlar arasında Azovstal bölgəsində döyüşlərin iştirakçıları, həmçinin hərbi həkim Viktor İvçuk da var.

Qeyd edək ki, sonuncu dəfə Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi iyulun 17-də qeydə alınıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mübadilə “95-dən 95-ə” düsturuna əsasən aparılıb. İyunun əvvəlinə olan məlumata görə, Ukrayna əsirliyində 1348 rus, Rusiya əsirliyində isə 6465 Ukrayna əsgəri var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı